Bu kitab “Nəhcül-bəlağə”nin şərhi ilə bağlı 12 söhbətdən ibarətdir və 1973-1974-cü illərdə İmam Həsən Müctəba (ə) və Kəramət məscidlərində bəyan edilmişdir. Təəssüflər olsun ki, indiyə qədər bu bəhslərin digər səs yazıları və yazılı mətnlərini əldə edə bilməmişik. Ümid edirik ki, bu dəyərli kitabdan faydalanmaqla bərabər, islami dövlət və cəmiyyətin digər təbəqələrinin tərəqqisinin şahidi olacağıq. İnşallah! İslamın həyatbəxş məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və aşkarda olduqları vaxt məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin ixtiyarına verilmişdir.
Ələvi maarifinin gələcək nəslə ötürülməsinin qarşısını almaq istəyən o Həzrətin düşmənlərinin bütün təlaşlarına baxmayaraq, yenə də o zəngin maarif dəryasının bir hissəsi tarixin sonrakı dövrlərinə ötürüldü. Bu zəmində ən önəmli və ən mötəbər mənbə 5-ci əsrin ədib və fəqihi Seyid Rəzi tərəfindən toplanmış “Nəhcül-bəlağə”kitabıdır və qədim zamanlardan tutmuş indiyə qədər şiə və sünni alim və mütəfəkkirləri bu kitabın əzəmətini dərk etmiş, ona şərhlər yazmışlar.