İnsanı böyük ruhların əzəməti qədər təsir altında saxlayan ikinci bir şey yoxdur. Hər bir gənc ideal, nümunə axtarışındadır. O bu idealı meyar və rəhbər seçməklə “necə olmaq” və “necə yaşamaq” suallarına cavab arayır. Böyüklər də belədirlər. Amma ideallar uşaqlıq və gənclik dövründə insana daha çox təsir edir.
İslam tarixi hər biri bir dünya əzəmət paklıq və qəhrəmanlığa malik olan simalarla zəngindir. Həzrət Peyğəmbərin (s) imanlı və fədakar səhabələri, Əmirəl-mömininin ixlaslı dostları, digər imamların (ə) təqvalı şagirdləri və yaxınları hər biri öz növbəsində bizi mənəviyyata ruhlandırır və şəxsiyyətimizi ilahiləşdirir.
Bu simalar arasında Əmmar Yasir bariz mömin şəxsiyyətlərdən, risalət və vilayət yolunda fədakar və vəfalı
insanlardandır. İlkin İslam dövrü müsəlmanlarının qəhrəmanlıq tarixi və Əli (ə) aşiqlərinin fədakarlığı bu şəxsin şücaətləri ilə bəzənmişdir.
Əlinizdəki kitabça Əmmarın həyatının müxtəlif mərhələlərinə bir baxışdır. Ümid edirik ki, ümmətimizin pak və fədakar gəncləri həqiqətin müdafiəsi səhnələrində və çirkinliklərlə mübarizə meydanlarında Əmmar Yasir kimi ideallara iqtida edəcəklər. İndi isə haqq və vilayət yolunun bu şəhidinin nurani bioqrafiyasını nəzərdən keçirək.
Qum, Cəvad Mühəddisi 1998-ci il, bahar