EŞQ MƏKTƏBİ

Reportyorluq bir hadisəni təsvir etmək üçün dəqiq üslubdur. Onu baş verən yerdən uzaqlara daşımaqdan ötrü jurnalistika janrlarından ən yaxşısı məhz reportyorluqdur. Reportyor hadisə yerindəki ən xırda bir əşyanın köməyi ilə də ən dolğun təsviri yaratmağa çalışır. Reportyorun iş sahəsi həmişə təhlükəsiz olmur.
O, reportaj hazırlamaq üçün bəzən təhlükəli hadisələrin içinə girməyə məcburdur. Müharibə reportyorluğu da belədir. Bizim səkkizillik müdafiə dövrümüzdə döyüşçülərimizə qarışmış reportyorlar az deyildi. Adətən böyük qəzet səhifələrində və televiziya ekranlarında nümayiş etdirilən müharibə reportajlarına nəzər salmaqla reportyorluğun bu sahəsinin keçdiyi inkişaf yolunu görmək
mümkündür. Bu müddətdə sözügedən yazarların qələmi və mikrofonu tarixə çox gözəl və nadir anlar qeyd edə bilmiş, bəsicilərlə yan-yana hərəkət edən bu əzizlərin bəzisinin qanı peşə alətlərini qırmızıya da boyamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button