EŞQİN TƏCƏLLASI

Bu gözəl və ibrətli əlyazmaları oxudum. Bunların hamısı Şəhid Təcəllayinin dərin mənəvi təcəllasıdır. Güclü dindarlıq, şəhadətə səbirsizlik, əməldə cəsarət, tədbirdə dərrakə, idarədə zəka, dünyaya etinasızlıq, bütün diqqəti Allaha və qiyamətə yönəltmək – biz bunların hamısını və daxilindəki günəşin möhtəşəm təcəllasını özü həyatda ikən əyani şəkildə görmüşdük.

Bu əlyazmalar, şərhə ehtiyac olmadan, Allaha doğru yol axtaran hər kəsə dəyərli mesajlardır. Kimsə onun böyük qəhrəmanlıq dolu Süsəngird mövzusundakı bir neçə səhifəlik qısa yazısını sənət əsərinə çevirə bilsə, bir insanın ən gözəl bəşəri cilvəsini, iradə və qeyrətini nümayiş etdirmiş olar.

Şəhadətə qovuşmuş əziz aşiq Əliyə Böyük Allahın salamı və rəhməti olsun! O mənim təlimdə yox, hər bir şeydə müəllimim idi, gözəl Əli adına layiq oldu və bu məşhur adın təcəllasına çevrildi.

Qasim Süleymani

08.08.18

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button