AİLƏ İLƏ SÖHBƏT
Oxuduqlarınız bir hüseyniyyədəki çıxışımdır. Əvvəlcə, professor Lui Masinyonun həzrət Fatimə (ə) haqqındakı təhqiqatları, xüsusi ilə onun İslam cəmiyyəti və tarixindəki hadisələrlə bağlı xatirələrindən ibarət bir əsəri haqqında danışmaq istəyirəm. Məclisə daxil olduqda anladım ki, burada tələbələrdən əlavə başqa şəxslər də var və bu məclis daha çox diqqət tələb edir. Qərara gəldim ki, qadın cəmiyyətlərində çox aktual olan “necə olmalı” sualına cavab verəm. Qədim adət-ənənəyə sadiq qadınlar üçün problem yoxdur. Eləcə də, müasirliyi qəbul etmiş qadınlarda da narahatlıq görünmür. Lakin özünü hər hansı qəlibə salmış bu iki qadın qrupları arasında nə qədim qaydalara dözən, nə də müasir yad görüşlərə, formalara təslim olmaq istəyən bir qrup vardır. Bu qadınlar nə etməlidirlər? Onlar özlərini “seçmək”, özlərini düzəltmək, ideal tapmaq istəyirlər. Bu qadınlar üçün ən mühüm sual “necə olmaq”dır. Böyük
inamla bəyan edirik: bu sualın cavabı Həzrət Fatimənin (ə) varlığıdır! Əvvəlcə, həzrət Fatimənin (ə) şəxsiy-yətini təhlil etməklə kifayətlənmək istədim. Lakin ziyalılarımızın bu şəxsiyyətdən xəbərsizliyi, hətta din-darların “nalə”dən başqa bir şey bilməməsi məni vadar etdi ki, qüvvəm daxilində bu boşluğu doldur-mağa çalışım. Ona görə də qarşınızdakı kitabda layiqincə tanınmamış bu xanımın şəxsiyyəti sənədli olaraq, geniş şəkildə izah olunmuşdur. Bu şərhlərdə qədim tarixi sənədlər ilkin istinadgahdır. Şiə etiqadına aid məsələ-lərin bəyanında isə sünni mənbələri əsas götürülmüşdür. Bu üsul bir çox iradları aradan qaldırır. Uyğun mənbələrdə həzrət Fatimənin (ə) məzlumiyyətinin, etirazlarının qəbulu bir çox həqiqətlərin üzərindən şübhə pərdəsini qaldırır.