FƏLƏSTİN

İkinci Qüds Günündən bir xatirə
İslam, insaniyyət, inqilab və imam günü
Bu gün Böyük və Ümum-dünya Qüds Günü, dünya müsəlmanlarının amallarının bir sözdə və bir cümlədə cəm olduğu gündür. Bu gün bütün xalq və ölkə-lərdən olan bütün müsəlman qüvvə-lərin birlik günü, İslam, in-saniyyət və inqilab günü, bizim imamımızın günüdür! Qüds Gününün digər ilahi günlərdən üstünlüyü İran xalqının zəfərli inqilabından sonra bizim çoxlu xatirəli günlərimiz olmuşdur: 22 bəhmən (11 fevral), 15 xordad (5 iyun), 17 şəhrivər (8 sentyabr), 12 fərvərdin (1 aprel) və digər günlər. Lakin bütün bu xatirəli günlər arasında Qüds Günü iki cəhətdən üstünlüyə malikdir. Əvvəl ona görə ki, digər günlər İran xalqına aiddirsə, Qüds Günü bütün müsəlman xalqlara aiddir. Qüds Günündə bütün müsəlman xalqlar, hətta dünyanın bütün məzlum xalqları İran xalqı ilə birlik və həmrəylik hiss edirlər. İran xalqı Qüds Günü və Fələstin məsələsində qabaqcıl kimi fədakarlığa hazırdır. Digər xalqlar da bu inqilabçı xalqla çiyin-çiyinə və bizim təcrübələrimizdən isti-fadə edərək işğal olunmuş Fələstin torpaqlarını azad etmək məqsədilə bizimlə birgə addım-addım irəli-ləməlidirlər. Qüds Gününün ikinci üstünlüyü budur ki, digər günlər keçmiş fədakarlıqların və qələ-bələrin xatirə günü, Qüds Günü isə gələcək fədakarlıqlara və qələbələrə qərar və səy günüdür. Digər xati-rələrdə bizim xalqımız keçmişi xatırlayırsa, Qüds Günündə gələcəyi yada salıb özündə maraq, iradə və qərar top-layır, hərəkətə gəlir və gələcəyə yol açır. ABŞ hegemonlarına və sionist muzdurlarına zərbə günü Biz bu gün Qüds məsələsi barədə aydın baxışa və qətiyyətli bir qərara malik olmalıyıq. Qardaş və bacılar! Bu, çox böyük və əhəmiyyətli məsələdir. Qüds, Qüds Günü və Fələstin məsələsi dünya məzlumlarının iman ruhun-dan ilham almaqla, Böyük Allaha təvəkkül etməklə dünyanın böyük hegemonlarının, ilk növbədə ABŞ hegemonizminin və sionist muzdurlarının belini qırmalıdır. Qüds məsələsi bizim xalqımız və böyük müsəlman ümmətinin hamısı üçün taleyüklü bir məsələdir. İran inqilabı bu sərhədlərin daxilində qələbə çaldısa, bu o demək deyil ki, biz qane olub son qələbəni əldə etdiyimizi düşünək. Nə qədər ki, İslam və ərəb torpaqlarının ürəyində işğalçı İsrail adlı bu üfunətli yara və çirkin vəzi mövcuddur, biz qələbə çaldığımızı hiss edə bilmərik. Biz qulağımızın dibində və işğal olunmuş torpaqlarımızda öz düşmənimizi görə bilmərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button