GƏNC VƏ GƏNCLİK İMAM XAMENEİNİN BAXIŞINDA

Gənclik ömrün fırtınalı çağıdır. Gənc həyəcanlı və gərgin dönəm olan yeniyetməlik mərhələsindən keçib nisbətən sakit bir dünyaya qədəm qoysa da, hələ də alov saçır. Gənclik insanın çiçəkləyən çağıdır. İnsan gənclikdə üzərinə ilahi vəzifələr və müxtəlif
məsuliyyətlər götürür. Allah bir çox nemətlərini insana gənclik çağında bəxş edir. Gənclik elə ilahi sərvətdir ki, insan onu yalnız cənnət müqabilində xərcləyə bilər. Xoş o insanların halına ki, gəncliyin dəyərini bilib, ondan fərdi və ictimai xoşbəxtlik
naminə istifadə edirlər! Gəncin həyəcanlı ruhu, eşq, gözəllik və məhəbbətlə dolu qəlbi, sual dolu beyni var, həmişə təcrübə və tamaşa ardıncadır. Gəncin qəlbi bütün daş-qayalardan, dərə-təpələrdən keçib gözəl və
təravətli lalə düzünə çatmaq istəyən bir çay kimidir. Bu baxımdan, müşahidə və yaradıcılıq pəncərələri
gəncin üzünə həmişə açıq olmalı, ona iman və düşüncə çırağı verilməli, ümid və təbəssüm gülləri
təklif olunmalıdır. Gənclik fiziki, ruhi və instinktiv yeniliklər dünyasıdır. Bunlar onun duyğu və
emosiyalarının dəyişməsinə səbəb olur. Gənclik yeni gözləntilər yaşı, hətta demək olar ki, artıq gözlənti,
istək və rəğbətlər dönəmidir. Elə bu səbəbdən də İmam Xameneinin düşüncələrində gəncə və gəncliyə
xüsusi diqqət ayrılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button