GÜNAHIN ACISI

Ərəb dilində “zənb”, “ism” və məsiyət” sözləri ilə ifadə olunan günah “xəta”, “itaətsizlik” və “üsyankarlıq” mənasını daşıyır. Həm ərəb, həm də başqa dillərdə “günah”ın ümumi mənasını itaətsizlik, qanundan boyun qaçırmaq və ona əks çıxmaqdır. Bəzi alimlərin dediyini nəzərə alsaq, “günah” rəva görülməyən və yaramaz bir iş görmək, şəriət əhlinin nəzərində isə insanın qeyri-şəri əmələ qurşanması deməkdir. Müasir alimlər də günahı “qanunla müxalifət” mənasında təfsir edərək belə bemişlər : “Günah insanların səadətini, təbii hüquqlarını qoruyan, məhdud fəaliyyətlərini göstərən qanunlara əks çıxmaq və ictimai nizam-intizamı pozmaq deməkdir”. Can Markize özünün “Cinayət” kitabında, təqribən, bu tərifi qeyd edərək demişdir: “Hər kəs qanun sərhəddini aşıb ona qarşı çıxarsa, ictimai nizam-intizamı pozmuş olur və onun bu əməli qazıların nəzərində günah sayılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button