HADİSƏ SƏHƏRİ – ŞƏHİD MÖHSÜN HÖCƏCİNİN HƏYATI

Ya yuxu görürdü, ya da görmürdü. Ya röyaydı, ya da deyildi. Nə idisə vahimə içində qalxıb yatağında oturdu. Sanki nəfəsi gəlmirdi. Əlini qırtlağına qoyub almacığı sıxdı, dərin nəfəs aldı. Yuxusunu ciddiyə almayıb ayağa qalxa, gedib yarım stəkan su içə və yatağına qayıda bilərdi. Lakin döşəyin üstündə oturub fikrə getdi. Düşündü ki, yuxusu Aşura gecəsi ilə əlaqəsiz deyil. Axşam düşəndən məsciddə olmuş, əza dəstəsinin məclisində sinə vurmuşdu. Hüseynsevərlər dəstəsinin xüsusi əzəməti vardı: uca və fərqli ələm, başı göylərə ucalan kütəllər1 və yaş sırasıyla düzülmüş dəstə: əvvəldə qocalar, sonra ortayaşlılar, gənclər, axırda da nizamsız sinə vuran yeniyetmə və uşaqlar. Sonra ələm və kütəllər hüseyniyyənin qabağında yerə yatır, sinc və təbillər susur, hamı hüseyniyyəyə girib cərgəylə şam süfrəsinə oturur. O isə hələ də bayırda, həyətdə kürəyini divara dayayıb ayaqlarını boşaldır, yerə döşənmiş tametin üstündə oturub beynini hələ qiyamət səhrası olan, aclıq və susuzluğun İmam Hüseynin (ə) dostlarını əldən saldığı Kərbəla səhrasına aparır.

Bir Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button