Birinci fəsil: Hövzənin keçmişi
Yeni elmlərin hövzəyə daxil olmamasının amilləri
Yeni elmlər elm hövzələrinə yol tapmadı. Həm də axtarmaq
lazımdır ki, heç olmasa əvvəllər hövzələrdə tədris olunan qeyri dini elmlər nə üçün hövzələrə daxil edilmədi və özləri həmin elmlərin varisləri, sahibləri və mütəfəkkirləri olan alimlər onları rədd etdilər. Bunun iki səbəbi vardı. Hər iki səbəb qərblilərin dünya miqyasında təbii elmlərə sahiblənmələrinə görə idi. Biri odur ki, din alimləri kafirlər və din düşmənləri tərəfindən yayılan elmə bədbin yanaşır və onu rədd edirdilər. İkinci səbəb isə bu idi ki, həmin düşmən və kafirlər öz elmlərinin onlara öyrətmək istəmir, dini mərkəz olan elm hövzələrinə
buraxmırdılar. Hər ikisi bir-birindən qaçır, bir-birinə düşmən olmuşdular. Əsas səbəb də bu idi ki, bütün dünyada, o cümlədən İslam ölkələrində elm antidin siyasətlərin əlində alətə çevrilmişdi.
