HƏZRƏT ZEYNƏB (S) VƏ ƏRBƏİN

Zeynəb-Kübra o eşq, məhəbbət, mübarizə və fədakarlıq vadisində qardaşının parçaparça edilmiş bədənini yerdə görəndə yanında oturub qucaqladı, başını göyə qaldırıb fəryad etdi: “İlahi! Bu qur-banı bizdən qəbul elə!” Bilirdi ki, bu qan tarix boyu müsəlman-ların qəlbində şəhadət və fədakarlıq selini coşduracaq. Və coşdur-du da. Bu təlatümlü dərya Aşuradan bu yana dalğalanmağa da-vam edir. Şəhidlərin qanı hesabına çoxlu tağut rejimləri devril-mişdir. Zülmü viran qoyan bu güclü fırtına səbəbindən zalım Bəni-Üməyyə rejimi və bir çox Bəni-Abbas hakimiyyətləri tamamilə məhv edilib, İslam torpaqlarında çoxlu dövlətlər qurulub, İslam dini və onun vuran nəbzi olan Əhli-beyt məktəbi isə ya-şayıb. Tağut rejimləri əllərindən gələni ediblər, ancaq son yüz ildə – böyük din alimləri olmuş Seyid Ca-maləddin Əsədabadidən və Mirzə Həsən Şirazidən böyük Məşrutə alimlərinə, İranda silahlı hərəkatın əsasını qoymuş İslam partizanı və böyük ruhani Mirzə Kiçik xan Cəngəliyə, Seyid Həsən Müdərrisə, Şəhid Nəvvab Səfəviyə, İslam fədailərinə, milli hərəkata və 1963-cü ilin qanlı 5 İyun hadisələrinə qədər hər yerdə Hüseyn (ə) nəbzi vurub, şəhidlərin qəlbi böyük İslam cəmiyyətini hərəkətə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button