İLAHİ BƏNDƏLƏRİN SƏCİYYƏLƏRİ

Mübarək Ramazan ayı bəndələrin Allah dərgahına qonaq çağırıldığı günlərdir. Bu bərəkətli ayın süfrəsinin bəzəyi mehriban Allahın nazil etdiyi “Qurani-Kərim”dir. Ziyafətin sahibi bu qonaqlıqda səadət və xoşbəxtlik, xeyir
və bərəkət qaynağı olan həyat kitabını əziz qonağınatöhfə edir. Odur ki, Ramazan ayı həqiqi həyat təlimtərbiyəsinin təməli qoyulduğu aydır.
Oruc tutanlar bu ayın mənəviyyat və səfasəmimiyyətlə dolu anları sayəsində iman ruhlarını möhkəmlədir, əməllərini cilalayırlar. Bu dəyərli anlarda
onların hətta qeyri-iradi işləri belə ibadət sayılır. Onlar Allah-Taalanın nurlu kəlamlarını tilavət etdikcə mənəviyyat səmasında pərvaz edirlər. Hədis və rəvayətlərdə mübarək Ramazan ayında Quran oxumaq daha çox tövsiyə edilir və buna dair hədsiz savablar nəzərdə tutulur. Məsələn, bu ayda oxunan bir ayəyə başqa aylarda oxunan bütöv Quranın savabı verilir.  Elə buna görə də ən fəzilətli vaxtlar Qurana ayrılan vaxtlardır.
Allahın həqiqi qonaqları mübarək Ramazan ayında Onun kitabı ilə daha çox ünsiyyət bağlayır, nurlu
süfrəsində daha çox diz çökür və hər hansı sıxıntı və dərdlərinə məlhəm qoyurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button