Müaviyə ibn Əbi Süfyan zorakılığcasına hakimiyyəti ələ keçirdəndən sonra həccə getdi. O, Mədinə şəhərinə daxil
olarkən hökm etdi ki, carçılar «Hər kim Əli (ə) və Əhli-beytin fəzilətləri haqqında hədis rəvayət etsə, Müaviyə onu cəzalandıracaq» – deyə, Mədinənin küçə və bazarlarında uca
səslə bunu xalqa elan etsinlər. Həmçinin o məlum, qanun
çıxartdı ki, hər bir yerdə xətib çıxış etməmişdən qabaq
(nəuzubillah) Əli (ə)-a lənət oxusun. Müaviyə həcc məqsədi ilə Mədinədən Məkkəyə sarı yola düşdü. O, Məkkəyə çatandan sonra həcc mərasimini yerinə yetirib Şama (indiki Suriya) qayıtdı və öz hakimiyyətini gücləndirməyə, eyni zamanda şiələrin kökünü kəsməyə başladı. Bütün şəhərlərin hakimlərinə yazdı ki, Əli (ə)-ın dostlarını ümumi hüquqlardan məhrum etsinlər və onları öldürsünlər. Həmçinin yazdı ki, kimliyindən aslı olmayaraq əgər o Həzrətin dostu olduğu halda kiçik bir ehtimal versənizsə də onun başını
bədənindən ayırın. Elə ki Müaviyənin fərmanı qəddar hakimlərə çatdı şiələri qətlə yetirməyə və onların mal-dövlətlərini qarət etməyə başladılar. Şiələrin çoxunu töhmətləndirməklə və Əli (ə)-a olan məhəbbətləri haqqında kiçik etimal verməklə belə onları qətlə yetirirdilər. Onların evlərini xaraba qoydular. Şiələri güclü nəzarət altına saldılar. Əgər hər hansı bir şiə başqa bir şiə ilə söhbət etmək istəyirdisə, onu öz evinə aparırdı, hətta xadimlərinin gözündən uzaq yerdə oturur, otağın qapısını
bağlayıb öz dostu ilə söhbət edirdi. Buna da kifayətlənməyib dostuna müqəddəs andlar verməklə ona danışdıqları sözləri başqa yerdə söhbət etməməsini tövsiyə edirdi. Bəs belə bir vəhşət və qorxu içində dostu üçün hədis rəvayət edirdi