İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı barədə qısa
məlumat
Şiələrin onuncu İmamı – İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin
iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı
Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam)
anası isə hörmətli Səmanə xanım olmuşdur. O elə əvvəldən fəzilətli və
təqvalı bir kəniz idi.
Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər. İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki ilə ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.
İmam Əliyyən-Nəqi əleyhissəlamın müasiri olmuş xəlifələr
İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin müasiri olmuşdur:
Məmunun qardaşı Mötəsim (217–227 h.q);
Mötəsimin oğlu Vasiq (227–232 h.q);
Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q);
Mütəvəkkilin oğlu Müntəsir (altı ay);
Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q);
Mütəvəkkilin digər oğlu Mötəzz (252–255 h.q).
İmam Əliyyən-Nəqi (əleyhissəlam) adı sonuncu çəkilmiş xəlifənin
(Mötəzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.