14 MƏSUMUN (Ə) HƏYATI – İMAM HƏSƏN (Ə)

İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam)  imamət müddəti on il, altı ay üç gün çəkmişdir. İmamətə çatdıqdan sonra xüsusi şəraitə düçar olduğuna görə hicrətin 41-ci ilində Müaviyə ilə sülh əhdi yazır və Mədinəyə qayıdır və on il Mədinədə qalır. Nəhayət, Müaviyənin hiləgərcəsinə planı nəticəsində həyat yoldaşı, Əşəs Kəndinin qızı Cədənin vasitəsi ilə zəhərlənir və şəhadətə çatır. Bəqi qəbrstanlığında böyük anası (ata nənəsi)  Fatimə binti Əsədin  qəbrinin yanında dəfn olunur.
Dost və düşmənlərin etirafına görə əxlaq və fəzilət cəhətdən kamil insan kimi tanınmışdır. O Həzrətin İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) yaxınlığı (nəvəsi), İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) tarixdə İmama (əleyhissalam)  xüsusi məhəbbət və əlaqəsi, İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) ən çox oxşaması, Quranda Təthir ayəsinin nümunələrindən biri olması, Mübahilə hadisəsində İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə birgə olması, ən çox səxavət və ehsan sahibi olması, çoxlu ibadət etməsi, qardaşı İmam Hüseyn (əleyhissalam)  ilə birlikdə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hədisində Cənnət cavanlarının ağası kimi tanınması və s. İmam Həsənin (əleyhissalam)  müsəlmanlar arasında ən tanınmış və məlum fəzilətlərindən idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button