Müqəddimə
Şəkk yoxdur ki, şadlıq və əzadarlıq məclisləri təşkil etmək fitri bir məsələdir. Belə ki, əvvəldən tayfa və millətlər arasında rəvac tapmışdır və ilahi dinlər də bu prinsipin doğru olduğuna imza atmışlar. İndi baxın görün, Həzrət İmam Hüseynin (ə) əzadarlığına “bidət” deyənlər nə əsasla bu iddianı edirlər? Bu iddia isbat oluna bilərmi? Yoxsa əksinə, Əhli-Beyt (ə) üçün, xüsusilə azadlıqsevərlər və şəhidlər sərvəri İmam Hüseyn (ə) üçün əzadarlıq etmək zatən bəyənilən və Allaha yaxınlaşdıran ibadətlərin içində daha çox fəzilətə malikdir? Bidətin mənaları və onun əsasları
1. “Bidət”in mənasından alınan səhv nəticə İmam Hüseynin (ə) əzadarlığının təşkil olunması ilə bağlı sələfilər tərəfindən olunan mühakimələr barəsində ən yaxşı rəy budur ki, belə deyək:
Sələfilər “bidət” sözünün mənasını düzgün dərk etməyblər və şəkkə düşüblər. Öz təfəkkürlərinə müxalif olan hər şeyi bidət hesab edir, bunun vasitəsilə digərlərini bidət etməkdə günahlandırırlar. Buna görə də “bidət” sözünü həm lüğət baxımından, həm də terminoloji baxımdan izah etmək lazımdır. Sonra isə Quran və sünnədə bidətin nə olduğunu araşdırmaq lazımdır.
