14 MƏSUMUN (Ə) HƏYATI – İMAM HÜSEYN (Ə)

İmam Sadiqin (ə) dilindən rəvayət edilir ki: “İmam Hüseyn (ə) doğulduqda Allah, Cəbraili min mələklə birlikdə Peyğəmbərə göndərdi. Peyğəmbər Allahdan və Cəbraildən gələn təbriki qəbul etdi. Cəbrail dənizdə olan bir adaya endi. Orada Fətrəs adlı bir mələk vardı. O, bir iş üçün göndərilmiş, lakin ağır tərpəndiyindən qanadları yanıb həmin adaya atılmışdı. Fətrəs 600 il idi ki, orada Allaha ibadət edirdi. O, Cəbraili görüb dedi: “Hara gedirsən?” Cəbrail cavab verdi: “Allah, Muhəmmədə bir nemət əta etmişdir, məni göndərir ki, bununla əlaqədar gedib ona gözaydınlığı verim”. Fətrəs dedi: “Ya Cəbrail məni də özünlə apar ki, Muhəmməd mənə dua etsin”. Cəbrail onu özü ilə apardı, Peyğəmbərin yanına daxil oldu, onu Allah tərəfindən təbrik etdi və Fətrəsin gəlişini xəbər verdi. Peyğəmbər buyurdu: “Ya Cəbrail! Onu içəri daxil et”. Cəbrail Fətrəsi içəri daxil etdikdə Peyğəmbəri onun əhvalından xəbərdar etdi. Peyğəmbər Fətrəsə dua etdi və belə buyurdu: “Bu təzə doğulmuş uşağa toxun və öz məkanına qayıt”. Fətrəs Hüseynə toxundu, müşkülü həll oldu və Peyğəmbərə dedi: “Ey Allahın Rəsulu! Sənin ümmətin onu öldürəcəkdir, mənə belə bir mükafat ver ki, onu ziyarətə gələn zəvvarı ona yetişdirim, ona salam və salavat deyənlərin salamını və salavatını ona çatdırım”. O, bunları dedi və qalxıb getdi”.
“Biharul-ənvar” c.44,  s.182, h.7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button