İdeoloji hərəkat öncüllərini düşüncə baxımından öz ardıcıllarından daha güclü və daha qətiyyətli saymalıyıq. Bu şəxsiyyətlər bəzən tarixi-ictimai və ya ideoloji mühiti cuşa gətirib çeşidli proqramlarla
cəmiyyətin düşüncə üfüqündə yeni baxışlara yol açırlar. Bu insan-ların yol seçmək baxımından əhəmiyyəti əsasən iki yönümdə qay-naqlanır: Onlar bir tərəfdən mütəfəkkir olaraq öz mühitinin ideo-loji tarixindən faydalanır, digər bir tərəfdən, konservativ düşüncəli mütəfəkkirlərin ziddinə olaraq novator addımlar atırlar. Bu iki yö-nüm arasında orta yolu tutmağı bacaranlar ideoloji hərə-kat avan-qardlarına çevrilir. Tarixdə belələri az olsa da, keyfiy-yət baxı-mından onların işi misilsiz təsirə malik olmuşdur. İdeoloji hərəkat öncüllüyü ictimai və e’tiqadi səhnədə özünü göstərdiyi vaxt əhəmiyyətli olur. Adətən’ənələr, bir sıra e’tiqadlar təəssüb olaraq bəşər həyatının davamlı səciyyələrindəndir. Təəssübə əsaslanan bu keyfiyyətləri ağıl süzgəcindən keçirib məntiqi davam etdirmək üçün yetərincə qətiyyət və biliyə ehtiyac var. İdeoloji hərəkat tarixində Seyid Camal Əsədabadi, Ayətullah Bürucerdi, Şeyx Şəltut kimi şəxsiyyətlərin adı əbədi həkk olunmuşdur. Bu insanların fəaliyyətləri sayəsində ölü nöqtədən başlayaraq ideal, Allahpərəst amallara doğru hərəkat formalaşmışdı. Bu isti-qamətdə İmam Xomeyninin rolu diqqəti daha çox cəlb edir. İslam inqilabı formalaşdıqdan sonra ictimai-siyasi səhnədə labüd dəyişikliklər baş vermişdir. İdeoloji hərəkatların araşdırılması ilə məşğul olan müəs-sisə bu qəbil hərəkat liderləri və onların düşüncələri ilə tanışlıq üçün ədəbiyyat nəşrini özünə vəzifə bilir. Hərəkat öncüllərinin təcrübələri ilə tanışlıq ən önəmli ehtiyaclardandır. Hərəkat öncüllərinin təqdimatı ona görə zəruri sayılır ki, bu hərəkatlar öz-özlüyündə islahatçı bir cərəyandır. Bu yolda addım atanlar uyğun ideoloji xəttin keçmiş tarixini öyrənməyə məcburdur. İdeoloji hərəkat tarixi və hərəkat öncüllərinin dü-şüncə və təcrübəsi ilə tanışlıq ən səmərəli yoldur. Qədim mirasa diqqətsizlik çox vaxt uğursuzluqla nəticələnir. Qarşınızdakı kitabçada ideoloji hərəkat tarixinin önəmli simalarından olan İmam Musa Sədr haqqında danışılır. Bu məcmuə cənab Höccətül-İslam Əbdürrəhim Əbazərinin zəhmətləri sayəsində ərsəyə
gəlmişdir. Kitabın ərsəyə gəlməsində cənab Mahmud Mehdipurun da zəhmətləri var. Araşdırma mərkəzi
əziz müəllifə və araşdırma mərkəzinin elmi heyətinin möhtərəm üzvü Seyid Həsən Rəbbaniyə öz təşək-kürünü bildirir. Ümid edirik ki, hörmətli araşdırmaçıların daha çox diqqəti sayəsində bu yönümdə ədə-biyyatların nəşri genişlənəcək.