Müqəddimə
Cənab Ayətullah-üzma İmam Xameneinin düşüncə sistemi nizamlı bir məcmuədir. Bu məcmuə tövhid mehvərində ideoloji, əxlaqi və ictimai müstəvidə qruplaşdırılmış, əlaqəli, təyinatlı elementlərdən təşkil olunmuşdur.
İslam İnqilabının böyük rəhbərinin düşüncə sisteminin aydın-laşdırılması oxucuya göstərir ki, Rəhbərin məktub və buyuruqları həmahəng bir nizama malikdir və aydın bir məqsəd dalıncadır. İmam Xameneinin əsərləri və söhbət-lərində, düşüncə məcmusunda əsas ifadələrlə tanışlıq oxucunun kompleks baxışına kömək edir və bu halda oxucu yol xəritəsini görür, bu xəritə əsasında addım atır, İran İslam Respublikasının tərəqqisini sürətləndirir.
Buna görə də İmam Xameneinin düşüncə sistemi ilə tanış olmaq zəruridir. Bu tanışlıq sayəsində dünyabaxışımızı, ictimai rəftar və hədəflərimizi Rəhbərin düşüncə sistemi əsasında tənzimləyək ki, vilayətin düşüncə xəttindən uzaqlaşmayaq, İslam İnqilabının Böyük Rəhbərinin baxışlarını cəmiyyətdə təsirli və fəal edək.
