İMAMLARIN SİMASI TARİX GUŞƏSİNDƏ

Şübhəsiz, böyük İslam Peyğəmbərindən (s) sonra fərdi və ictimai həyatda məsum imamlar (ə) biz insanlar üçün böyük örnək və nümunədirlər. Bu baxımdan onların həyat davranışları ilə tanış olmaq böyük əhəmiyyətə malikdir. Ancaq diqqət etməliyik ki, bizə Peyğəmbərin (s) və imamların (ə) tarixlərini öyrənməkdə mühüm olanı onların bir tək şəxsi həyatı və davranışlarını bilmək deyil. Bəlkə məqsəd o məsum öndərlərin, həyat tərzini, ictimai mühitdəki rəftar qaydalarını, siyasi və ictimai arenalardakı mövqelərini və mədəni fəaliyyət metodlarını öyrənməkdir. Çünki İslam Peyğəmbərinin (s), Onun məsum canişinlərinin dinə dəvət və təbliğində bizə nümunə olanı onların bir tək həyat və davranışları deyil, bəlkə davranış növü, fəaliyyət tərzi, dinə dəvət qaydası, islam düşmənləri ilə rəftarı, hidayət və təbliğlərinin formasıdır. İmamların yaşayış tərzi, siyasi və ictimai həyatdakı mövqeləri o zaman bizə aydın olar ki, onların siyasi, ictimai və mədəni sahələrdəki fəaliyyətlərini öyrənmiş olaq. Bunu bilirik ki, məsum imamlar ictimai səylərini, siyasi mövqelərini, mədəni fəaliyyətlərini və mübarizə tərzlərini zamanın və məkanın vəziyyətini, imkan və şəraitini, maneə və müşküllüklərini nəzərə alaraq vəziyyət tələb etdiyi kimi tənzimləyib proqramlaşdırıblar. Buna görə biz onların dövründə hökm sürən özəl vəziyyət və şəraitlərlə tanış olmasaq onların rəhbərlikdəki idarəçilikləri və yaşayış tərzləri bizə gün kimi aydın olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button