Son bir əsrdə Latın Amerikasından Cənub-Şərqi Asiyaya, Afrika səhrasından Vyetnam cəngəlliklərinə, Livan və Qəzzə sahillərinə qədər hər yerdə insanlar dünya tarixinin ən zalım rejiminə qarşı ayağa qalxmışlar. Dünyada elə bir yer tapmaq olmaz ki, Ame-rikanın müdaxilə izi olmasın, müstəmləkəçi xislətləri ilə xalqları,
istismarçı xüsusiyyətləri ilə insanları qul etməyə çalışmasınlar. Amerikalılar ayaqlarını haraya qoymuşlarsa, orada od-alov qalx-mış, qanlar tökülmüşdür. Özlərini insan haqlarının, ailənin, de-mokratiyanın tərəfdarı, müharibənin əleyhdarı kimi göstərirlər, ancaq bütün bu düşüncələrin ən böyük düşməni kimdir? Hansı dövlət illərdir kütləvi qırğın silahları satmaqla pul qazanır? Hansı dövlət demok-ratiya bəhanəsi ilə dünyanın hər tərəfinə qoşun yeridir? 2018-ci ilin 2 oktyabrında “Pew” Araşdırma
Mərkəzinin tədqiqatçısı keçirdikləri sorğunun nəticələrini açıqlayarkən belə demişdi: “Amerika Birləşmiş Ştatlarının dünya üzrə reytinqi bir neçə il öncəyə nisbətən olduqca aşağı enmişdir. İnsanlar onun barə-sində müsbət fikir söyləməyə olduqca az meyillidirlər. Ən azı, biz verdiyimiz suallara bütün dünyada çox mənfi cavablar aldıq”. Sorğunun nəticələrində göstərilirdi ki, iştirak edənlərin 70 faizi Birləşmiş ştatların digər ölkələrin maraqlarını nəzərə almadığını düşünür. Bu göstərici Braziliya, CAR və Almaniya kimi ölkə-lərdə ötən illərə nisbətən 20 faizdən çox artmışdır. Hətta əhalisinin 83 faizi Amerikaya qarşı müsbət fikirdə olan İsraildə də bu göstərici ərəb vətəndaşlar arasında 43 faizi aşmır. Bu gün dünyada heç kim, heç bir azad media soruşmur ki, işğalla qurulmuş bir dövlət, qan üzərində yaradılmış, qan tökməklə davam edən sivilizasiya milyonlarla qırmızıdərilinin başına hansı müsibəti gətirmişdir. Anqlosaksonların gəlişindən sonra onların hamısı məhv edildi, “Yeni dünya” adlandırdıqları torpaqlar milyonlarla insanın qan və sümükləri üzərində abadlaşdırıldı. Amerikanın yerli əhalisi olan bu milyonların qətliamından isə heç kim danışmır
