Bir müddət öncə, İndoneziyanın paytaxtı Cakartada dinin təbliği üçün yenicə təsis edilmiş Əhli-beyt (ə) adına mərkəzin rəhbəri höccətül-İslam vəl-müslimin Seyid Cavad Şəhristani, həmin mərkəzi və şəhərin digər məzhəbi mərkəzlərini ziyarət etmək üçün bizi dəvət etdi. Qərara gəldik ki, beş nəfər dostlarla bir həftəlik İndoneziyaya səfər edək. Səfərin ilkin mərhələsi hazır olandan sonra, cənab ustad Məhdəvi Rad atasının xəstəlik xəbərini eşitdiyi üçün səfərə getmək fikrindən daşındı. Beləliklə biz dörd nəfər ( Mən,
Cənab Meraci, Məhrizi və Abidi ilə birlikdə) 1387-ci ilin tir ayının altısı 4-cü gün səhər saat 5-də ilk olaraq Birləşmiş Ərəb Əmirliyinə, ordan da tranzit olaraq Cakartaya uçduq. BƏƏ-nin təyyarəsi ilə biz iki saat sonra Dubaya çatdıq və iki saat gözləmə salonunda dayandıqdan sonra İndoneziyaya uçduq. Dubayın Cakarta ilə uçuş
məsafəsi təqribən 9 saat idi və bu bizim üçün uzun yol sayılırdı. Beləliklə gecə az yatdığımıza görə,
yolun bir çox hissəsinin ömrümün başqa vaxtları kimi yuxudaydım. Üç saat üfüq fərqi ilə saat 9-da məqsədə çatdıq.