İNSAN TANIMA

Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur. Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıbyaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu
qədər şirin və cazibəlidir. Əsrimizin böyük korifeylərindən sayılan ustad Mütəhhəri bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuş, o cümlədən islam fəlsəfəsi, fiqh və üsul, sosialogiya, psixologiya, tarix, təfsir, kəlam və başqa sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Ustad Mütəhhəri fəlsəfə elmində Molla Sədra məktəbinin yetirmələrindən və onun sadiq davamçılarından sayılır. O, fiqh elmini böyük alim Ayətullah imam Xomeyninin vasitəsi ilə kəsb etmiş və bu sahədə də yüksək müvəffəqiyyət əldə edərək ictihad dərəcəsinə nail olmuşdur. Təfsir elmini isə dünya
şöhrətli filosof və müfəssir, «Əl-mizan» kitabının müəllifi, təbrizli ustad Əllamə Təbatəbaidən dərs
almışdır. Qeyd etdiyimiz kimi, bu böyük ustad bütün islam elmləri üzrə dərin araşdırmalar aparmış və çox qiymətli kitablar yazmışdır, amma onun öz etiraflarına əsasən, daha çox maraq göstərdiyi sahə «islam kəlamı», özü də müasir islam kəlamı (sxolastika) olmuşdur. Ustad bu sahədə bir ömür çalışmış, özünəməxsus üslubla çox dərin və qiymətli tədqiqatlar apararaq dəyərli əsərlər yaratmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button