İSLAMDA ELM VƏ ALİMİN FƏZİLƏTİ
Islam dini həyatın bütün sahələrində olduğu kimi tə’lim və təhsil sahəsində də bə’zi qаydа-qanunlar müəyyən etmişdir. Onlardan bə’zisi müəllimin tədrisinə, bə’zisi şagirdin əxlaq və davranışına, bə’zisi də şagirdlə müəllimin qarşılıqlı münasibətinə aiddir. Növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq. Lakin hər şeydən öncə diqqətinizi islamın elm sahiblərinə verdiyi qiymətə cəlb edirik.
QUR’ANIN ELM VƏ ALİMLƏRƏ VERDİYİ QİYMƏT
1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk ne’mətin məhz elm olmasını buyurur. «[Ya Peyğəmbər! Qur’ani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu! O, insanı laxtalanmış qandan yaratdı. [Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!
O Rəbbin ki, qələmlə [yazmağı] öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi». 2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur. «…Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın…» 3. Hikmət sahiblərinə böyük ne’mət nəsib olmuşdur. «…Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir…»
