İSLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ

DÖVRLƏRDƏKİ TƏLƏBLƏRİN DƏYİŞMƏ SƏBƏBLƏRİ
«Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə, onu götürdü. İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi».
Yuxarıda qeyd olunan ayə, Quranın olduqca böyük əhəmiyyət daşıyan ayələrindən biridir. Şübhəsiz ki, Quranın bütün ayələri dərin mənalı və böyük əhəmiyyət kəsb edir. Lakin ayələrin bəziləri mətləbi elə tərzdə bəyan edir ki, insanları onun haqda düşünüb-daşınmağa vadar edir. Quranın bir çox ayələrində insanlar bir-başa və ya müxtəlif yollarla düşünüb-daşınmağa dəvət olunurlar. Birbaşa olaraq düşüncə və təfəkkürə dəvət edən ayələr, məhz belə bir ünvan daşıyır və bu ayələrdə düşünübdaşınmamaq qətiyyətlə pislənilir: «Allah yanında yer üzündə gəzən
canlıların ən pisi [haqqı] dərk etməyən korlar və lallardır». Allahın nəzərində canlıların ən pisi hansılardır? Görəsən, nəcis (murdar) adlandırdıqlarımızdırmı? Ya misal olaraq çəkdiyimiz heyvanlardırmı? Xeyr!
Allah-təalanın nəzərində canlıların ən pisi o kəslərdir ki, qulaqları olduqları halda kar, dilləri olduqları halda lal, əql və düşüncə qabiliyyətinə malik olduqları halda, həqiqəti dərk etməyənlərdir. Qurani-kərimdə bu məzmunda kifayət qədər ayə mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button