Dünyada qadınlara məzlumluq giriftarçılığından nicat vermək hər kişinin müqəddəs borçudur. Qadınlar Allaha əmanətdirlər və hər bir kişini bir qadın – ana doğubdur. Allah əmanəti isə gərək hər zülm fəsadlarından əmanət kimi, göz bəbəyi kimi qorusun.
Hicab qadınların mübarək səngəridir. O səngərin qorunması vacibdir. Naməhrəmdən qorunmaq, yəni (bütün nəfsani və şəhvani hisslərdən çəkinmək) əllər və üzdən başqa bədəni hər yerini örtmək, bağlı gəzmək Allahın əmridir, vacibdir. Xanımların yeganə xoşbəxtliyi yalnız hicablı olmaqlarındadır. Xanımların açıq-saçıq gəzməsi haramdır. Haram o şeyə deyilir ki, onu əmələ gətirmək böyük günahdır və dünyada rusvayçılıqdır. Axirətdə isə nəticəsi əzabdır. Əgər bir xanım açıq-saçıq gəzərsə onun bədən üzvlərinin açıq olan yerlərini (hansı ki, o yerlərin görülməsi haramdır) görən hər bir cavan şəxsi özünə qarşı həvəsə salar. Həvəsə düşən və şəhvət hissləri oyanan cavanı günaha vadar edər. Həmin cavanı həvəsə salan və onun günaha batmasına bais olan xanım açıqsaçıq gəzdiyi üçün böyük günah sahibidir. Xanımların açıqsaçıq gəzməsi bir günahdır, özgələrin günah etməsinə bais
olmaq başqa bir günahdır və ən başlıca hicaba – Allah əmanətinə xəyanət etmək isə hədsiz dərəcədə çox iyrənc günahdır. Beləliklə, xanımların hicablı olmaları (yəni bağlı gəzmələri) Allahın ən böyük əma-nətindəndir.
![](https://kitaboxu.com/wp-content/uploads/2022/11/yukle.png)