İSLAMDA YEMƏK-İÇMƏK VƏ HEYVAN KƏSİMİ

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Allahın rəhmət və bərəkəti peyğəmbərlər ağası Həzrət Muhəmmədə (s) və onun hər cür çirkinlikdən paklanmış Əhli-beytinə (ə) olsun. Həqiqi səadətə qovuşmağın yalnız bir yolu vardır. O yolun adı təqvadır. Qurani-Kərimin buyurduğuna əsasən, nicat tapıb səadətə qovuşanlar təqvalı olanlardır.  Məsumlardan (ə) nəql olunmuş hədislərdə qeyd olunur ki, haramlardan çəkinən və vaciblərə riayət edənlər
təqvalılardır. Ona görə də əgər səadətə qovuşub, nicat tapmaq istəyiriksə, təqva yolunu seçib haram-halallara diqqət yetirməli və bu barədəki göstərişlərə əməl etməliyik. Bu səbəbdən də hər bir şəxsə vacibdir ki, hər gün qarşılaşdığı haram-halal məsələlərini öyrənsin və əməl etsin. Bu məsələlərdən biri də yemək və içməyə aid olan
hökmlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button