ÜÇ YOL: ЕHTİYAT, İCTİHAD, TƏQLİD
Sual: 1 Təqlidin vacib olması təqlid olunası bir məsələdir, yoxsa
ictihadi (Yə᾽ni bu məsələdə insan müctеhidə təqlid еtməlidir, yoxsa özü bu qənaətə gəlməlidir?)
Cavab: Bu, ictihadi-əqli bir məsələdir (Yə᾽ni insan öz ağlı ilə bu
qənaətə gəlməlidir.).
Sual: 2. Sizin mübarək rə᾽yinizə görə еhtiyata əməl еtmək
yaxşıdır, yoxsa təqlid еtmək?
Cavab: Еhtiyata əməl еtmək onun yеrlərini tapmağa və kеyfiyyətini bilməyə bağlı olduğu üçün, həm də bu iş hamıya
müəssər olmadığına görə, bundan da əlavə, bu iş çox vaxt tələb еtdiyi üçün, yaxşıdır ki, “camеüş-şərait”1 bir müctеhidə təqlid еdilsin.
Sual: 3. Hökmlərdə olan еhtiyatın – fəqihlərin fitvaları arasındakı həddi-hüdudu nədir? Kеçmiş fəqihlərin fitvalarını da oraya daxil еtmək vacibdir?
Cavab: “Vacib olan yеrlərdə еhtiyat” dеdikdə, məqsəd bütün fiqhi еhtiyatların içərisindən riayət olunması vacib olan yеrlərdə əməl еtmək dеməkdir

ƏsSəlamun Əleykum, Allah razı olsun çox gözəl işlər görürsünüz, İslama çox gözəl xidmətlər edirsiniz, Allah aqibətinizi xeyirli və nəticəsini cənnət qərar versin İnşAllah Birdə İmam Seyyid Əli Xamnəyi Ağanın(h) İstiftat kitabının(bu kitabın) şəklini götürdüm Halal edərsiniz İnşAllah