1954-cü ilin payız fəsli idi. Yoldaşım və yaxınlarımız ilə imam Hüseynin (ə) ziyarətinə getməyi niyyət etdik və Kərbəlaya yola düşdük. O zamanlar ibrahimə hamilə idim. Çoxları bizi bu səfərdən yayındırmaq istəyirdi. Amma Allaha təvəkkül deyib şövq ilə ilə Əba Əbdillahın ziyarəti üçün Kərbəlaya yola düşdük. Kermanşaha qədər avtobusla gəldik. Oradan Xosrəvi sərhədinə getdik. Torpaq tökülmüş yolda maşınla getmək çox çətin və yorucu idi. Səhərə gün sübh İraq sərhədinin əsgərləri hərəkət etmək üçün bizə icazə verdilər. Hava çox isti və yol maneələrlə dolu idi. Digər tərəfdən də maşının içinə dolan toz- torpaq yavaş-yavaş halımı dəyişirdi. Bütün günü 4 yolda idik. Nəhayət, qürubdan əvvəl Kərbəlaya çatdıq. Gözlərim qaralır, halım tamamilə pisləşirdi. Əziyyətlə bizi bir həkimin yanına apardılar. Həkim müayinədən sonra dedi: “Uşaq tələf olub”. Bir qədər dəva-dərman yazdıqdan sonra bildirdi ki, əgər uşaq bunlarla düşməsə mütləq yanına gedək əməliyyatla götürsün. Həkimin sözləri daş kimi başıma çırpıldı. Çox narahat və qəlbisınıq olmuşdum. Yoldaşım Əli Əkbər hərəm ətrafında bir ev kirayə götürmüşdü. Mən 15 gün, sadəcə, evin bir küncündəki yataqda yatdım. Dilimə də heç bir dərman vurmadım. Ürəyim çox sıxılırdı. Əli Əkbərə dedim ki, hərəmə getmək istəyirəm. Amma o etiraz edib dedi: “Halın münasib deyil, çoxlu istirahət et ki, tam sağlamlığına qovuşasan”.
Növbəti Kitabı Yüklə
BƏLKƏ, SÜBH NAMAZINDAN QABAQ
MEYDANDA RƏQS
ŞƏHADƏT GÜNƏŞİ
SÜLEYMANİ ELİNİN ŞƏHİDİ
İNDONEZİYADA ŞİƏLİK
Yeni kitablar haqqında məlumat əldə etmək üçün poçt siyahımıza abunə olun.
Bənzər Kitablar
Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close