Haqq və hidayət yolunun müjdəçisi və hidayət verən, vəhşət və zəlillikdən qorxuducu olan yüksək məqam sahibi həzrət peyğəmbərlərin təmiz ruhlarına gecə və gündüz daim sonsuz dua və salam olsun. Xüsusən, insan nəslinin zirvəsi və hökmdar ları olan uca peyğəmbərlərin və İslamın göz nuru, ilahiyyat alim lərinin istinadgahı, həniflik dininin qurucusu və İslam qanun larının tənzimləyicisi, doğru yolun mürşidi, qayda-qanuna çatdıran, ilahi elmlərin müəllimi, qanunları möhkəmlədən, mədəniyyət və birlik binasını tərtib edən aləmlərin əfəndisinə (Hz.
Məhəmmədə) də salam və dua olsun. Zəlalətin, cəhalətin, inadın kökünü qoparıb nəfs islahına, elmi təhsil edib onunla əməl etməyə yönəlt, onları cəhalət, günah və saxtakarlıqdan uzaq laş dır. Hər bir müsəlman kişi və qadına “Əqsayi-şərif”də (Qüds) olsa belə elm təhsil etməyi fərz buyuran İslam dininin və ümmətinin rəhbəri, kainatın fəxri olan peyğəmbərimizin (Məhəmməd
İbn Abdullahın) ruhuna daim sonsuz dua və salam olub, heç bir zaman kəsilməsin və yenə onun təmiz əhli-beyti və xeyirli sə habəsi rəhməti geniş olanın himayəsində olub ruhları şad olsun.
