ADİ PSİXOLOJİ ÇƏTİNLİKLƏR
İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıq-larının artması gerçəklikdir. Əksəriyyət mənim bu iddiamı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan və cəmiyyətdən ayrılmışlar. Onların ailələri də əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür
Müxtəlif büdcələrdən ruhi xəstələrin saxlanması və müalicəsi
üçün ayrılmış vəsaitlərin həcmi insanı heyrətə gətirir. Bu sahədə
mütəxəssislərə olan ehtiyac da çox böyükdür. Hazırda bu sahədə
çalışan mütəxəssislər uyğun ehtiyacın yalnız on faizini təşkil edir. Əgər Amerikadakı bütün həkimlər, psixoloqlar, ictimai fəallar, qəyyumlar bu işə qoşularsa, yenə də ehtiyac ödənməz. Bu say cəmiyyətin ehtiyacına cavab vermir və müalicə üçün lazım olan üsulların tə`limi çox vaxt aparır. Psixi xəstələr tərəfindən baş verən faciələr, başqalarına yetirilmiş fiziki xəsarətlər, onların həddi aşmış tündməcazlıqları çox kədərləndiricidir. Bu həqiqətləri hamı bilir. Amma günbəgün sayı artan bu xəstələrə kömək edə
bilirikmi? Bu suala belə cavab vermək olar ki, uyğun problemlərin səbəblərini aradan qaldırmalıyıq.
Mən öz işimə yaşlı ruhi xəstələrin müalicəsi ilə başladım. Var gücümlə çalışsam da, xəstə imkan daxilində mənimlə həmkarlıq etsə də, nəticələr çox cüz`i və pərişanedici oldu. Uşaqların müalicəsinə başladım. Çünki onlar müalicələrə daha yaxşı reaksiya verirdilər. Onların sağalma şansı daha böyük idi. Bəli, nəticələr sevindirici idi.