İmam Hüseynin (ə) babası kainatın ən xeyirlisi və üstünü olan həzrət Məhəmməd (s), atası ədalət simvoluna çevrilmiş Əmirəlmöminin (ə), anası bütün dünya və cənnət xanımlarının üstünü olan Fatimeyi-Zəhradır (ə). O həzrət vəhy evində dünyaya gəlmiş, vəhyin nazil olduğu şəxsin nəfəsi ilə nəfəs almış və vəhy sayəsində tərbiyə edilən insanlardan tərbiyə almışdır. Allahın Rəsulu (s) “Hüseyni sevən məni sevmişdir.” deməklə imam Hüseynin (ə) Allah yanındakı, uca məqamını insanlara çatdırdı. Hər hansı bir şəxsi sevmək üçün ilk öncə onu tanımaq lazımdır. İnsan tanımadığı birini sevə bilməz. Əlinizdəki “KƏRBƏLA STATİSTİKASI” adlı bu kitab, Peyğəbərin (s) sevimli nəvəsi imam Hüseyni (ə) və onun uğrunda canını qurban verənləri tanımaq üçün bir vasitədir. Bu kitabda, imam Hüseynin (ə) Mədinədən hərəkət etdiyi gündən, Kərbəlaya qədər olduğu yerlər, görüşdüyü insanlar, imama qoşulanlar, Kərbəlada şəhidləri, Kərbəlaya qədər yol boyu məntəqələr, Kərbəlada baş verənlər, Kərbəladan Kufəyə, Kufədən də Şama qədər aparılan əsirlər və onların qarşılaşdığı hadisələr barədə məlumat verilmişdir. Aşura statistikasındakı bir sıra fərqli fikir və rəqəmlər imam Hüseynin (ə) qiyamında mahiyyətcə elə də əhəmiyyət kəsb etmir. Çünki tarix boyu aşuranın hədəfləri ilə mübarizə aparılmış, onu aradan qaldırmaq üçün hər bir yola əl atılmışdır. Bu da fərqli tarixi yazıların yaranmasına səbəb olmuşdur. Kitabda izlənilən ən əsas məsələ, imam Hüseynin (ə) hədəf və məqsədlərinin daima yaşadılması və dirçəldilməsinə çalışmaqdır.
Tərcüməçi: İlahiyyatçı Camir Ağayev.