LAL BAXIŞLAR

Səksəninci illərdənəm. Müharibəni əsla hiss etməsəm də, taleyim elə gətirdi ki, səkkizillik müqəddəs müdafiə qəhrəmanları barədə yazar oldum, yeniyetmə çağlarını vətənin müdafiəsinə həsr etmiş, təxminən qırx ildən sonra o dövrün xatirələrini mənə danışan əs-gərlər barədə yazdım. Onlar hər dəfə danışanda gülür, ağlayır və heyifsilənirdilər. Mənə maraqlı gəlirdi, hər dəfə deyirdim ki, bu nəsil kimisi bir də gəlməyəcək. Yeni nəsil mənimçün dözülməz idi. Ölkəmin taleyi məni qorxudurdu. Öz-özümə deyirdim ki, belə həssas bir şəraitdə doxsanıncılardan nə gözləmək olar?! Düşünürdüm ki, ölkənin taleyini bu nəslə tapşırmaq olmaz. Onlar başlarını qınlarının altına salmışlar, gözlərini mobil telefonlarından çəkmədiklərinə görə onlara “başıaşağı nəsil” deyirlər. Ürəyimi müqəddəs müdafiə hekayələri ilə sakitləşdirirdim. Lakin o nəslin də artıq alınlarının qırışları, ağarmış saçları və bükülmüş belləri danışırdı. Ağır günlərin bu qəhrəmanları ilə necə eyni növdən olduğunu düşünmək olardı?! Hərçənd, onlar üçün də bu nəsillə əlaqə qurmaq çətindi. Günlər ötdü, müqəddəs imamların məqbərələrini müdafiə mövzusu qarşıya çıxdı. 2017-ci ilin yayında bir şəhadət xəbərini eşidib yolumu Ərdəbilin Astara darvazası məhəlləsinə saldım. Şəhid olmuş gənc Əli Seyfi Əlibəlaği idi. Onun şəhid olduğunu öncədən eşitmişdim, amma xatirələrini yazmaq sifarişini alanda dedilər ki, gərək gözləyəsən.
– Nəyi gözləyim? – deyə soruşdum.
– Anasının vəziyyəti yaxşı deyil! – cavab verdilər.
Araşdırandan sonra bildim ki, ailənin tək oğludur, 1991-ci ildə anadan olub. Ailəsi ilə heç bir tanışlığım yox idi. Yalnız sadə və səmimi atasını televizorda görmüşdüm, əziz oğlunun dəfnində. 2017-ci ildə, yayın son-larında Ərdəbil hava limanında naməlum şəhidləri qarşılayarkən eşitdim ki, Şəhid Əli Seyfinin ailəsi də oradadır. Çox axtarandan sonra onları camaatın içində tapdım. Ana gənc idi, amma saçı ağarmışdı. Mə-nimlə tay-tuş olan üç qızı da oradaydı. Ananın göz yaşları adamın ürəyinə od vururdu. Yanar qəlblə onlara yaxınlaşdım, üzlərindən öpdüm, başsağlığı verdim və kitab yazmaq istədiyimi bildirdim. Onlara dedim ki, özlərini yaxşı hiss edənə qədər gözləyəcəyəm. Əllərim ananın çiyinləri üzərində idi, gözlərinin içinə ba-xırdım. Çox narahat idi. Başını yelləyib yavaşca dedi: “Gəlin… Əlidən yazın… yazın…” Başımı aşağı saldım. Deməyə sözüm yox idi. Yalnız dinləməli idim. Özündə deyildi, “yazın” deyə-deyə başını yelləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button