LUHUF İMAM HÜSEYN (Ə)-IN HƏYATI

Əlinizdəki bu kitab şəhidlərin ağasıHüseyn ibn Əli (ə)-ın həyatı haqqında olan «Luhuf» kitabının ərəbcədən fars dilinə (və farscadan azərbaycan dilinə) tərcümə və şərhidir. «Luhuf» kitabınınən böyük İslam alimlərindən biri Seyyid ibn Tavus yazıbdır. Demək olar ki, «Luhuf» kitabı qeyd etdiyim mövzu haqqında yazılmış ən ətraflı, ən mötəbər, eyni zamanda kiçik həcmli bir kitabdır. Bu kitab kiçik həcmli olmasıyla yanaşı yüksək və diqqəti özünə cəlbedən qiymətli faktları əhatə edir. Hörmətli müəllif müxtəlif mövzuları bəyan edərək, ən mühüm məsələlərə toxunur. Halbuki, çox az kitablarda bu metodu müşahidə etmək olar. Əlbəttə bu kitab və onun görkəmli müəllifi haqqında bizim əlavə məlumat və tərif etdiyimiz yersizdir. Bu kitab üç hissədən ibarət olur aşağıdakı tərtibə əsasən tənzimlənib:
Birinci hissə:İmam Hüseyn (ə)-in təvəllüdündən Aşura gününə qədərkihəyatın şərhi;
İkinci hissə: Aşura günündə baş vermiş hadisələlərin şərhi və şəhidlər haqqında;
Üçüncü hissə:İmam Hüseyn (ə) şəhid olandan sonra bütün baş vermiş hadisələr və Əhli-beytin (ə) Mədinə şəhərinə qayıtması haqqında.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button