MƏDƏNİYYƏT VƏ MƏDƏNİ-İDEOLOJİ HÜCUM

Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
1- Mədəni hücumun mənası Mədəni hücum siyasi, yaxud iqtisadi bir qrupun öz maraqlarından irəli gələrək bir xalqı istismar etmək üçün onun mədəni təməllərinə hücum etməsidir. Bu hücumda o xalqın milli mədəniyyəti və inamları dəyişdirilir, yeni inamlar zorla ölkəyə daxil edilir. Mədəni iş kimi mədəni hücum da sakit və səssiz şəkildə həyata keçir. Mədəni hücum gənc nəsli inamsız etmək üçün edilir; həm dinə, həm inqilabi prinsiplərə, həm də bu gün hegemon gücləri təhlükəyə və qorxuya salan azad düşüncəyə inamsız etmək üçün. Mədəni hücumda düşmən hücum etdiyi xalqa öz mədəniyyətindən istədiyi hissələri verir və ölkəsinə daxil edir. Düşmənin nə istədiyi də məlum
məsələdir. Mənim dəfələrlə vurğuladığım, həqiqətən və ürəkdən həssas yanaşdığım mədəni hücum məsələsinin iki əsas və mühüm şaxəsi var. Bu iki şaxənin hər biri sizin üçün əhəmiyyətlidir. Onların biri yerli mədəniyyəti əcnəbi
mədəniyyətlə əvəzləməkdən ibarətdir. Bu iş Pəhləvi dövründə azad və ucuz
şəkildə görülürdü. İslam inqilabı qələbə çalanda buna son qoyuldu. Bunlar indi
həmin vəziyyəti qaytarmaq üçün təzyiq göstərirlər. İkinci şaxə İslam
Respublikasının və İran xalqının dəyərlərinə hücumdan ibarətdir. Bu iş bu gün
bizim ölkəmizdə əcnəbilərin idarəçiliyi altında film və teatr hazırlamaqla, kitab
və jurnallar çap etməklə görülür.5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button