MƏN MUSTAFANIN ANASIYAM

Mustafanın necə Mustafa olduğunu bilmək üçün ata-anasıyla danışmalı idim; danışdım da. Hətta həyat yoldaşı, dostları və müəllimi ilə də danışdım. Lakin ananın rolu özünəməxsus idi; ana xatirələri, ana qüssəsi… Onun səbri də başqa bir aləm idi. Odur ki, kitabın adını belə qoydum: “Mən Mustafanın anasıyam”.

Mustafanın anası xanım Siddiqə Salariana təqdim olunur!

O, gənc övladının izdihamlı dəfn mərasimində namərd düşməni belə təhqir etdi: “Mən bu Mustafanı istəyirdim, qorxaq Mustafanı yox! Mən Mustafanın Əlirzasını da Mustafa kimi böyüdəcəyəm…”

Və beləliklə, o, iyirmi birinci əsrdə Ümm-Vəhəbin adını dirçəltdi.

“Mustafa deyirdi ki, əgər Muxtar deyiliksə, çalışaq, İbrahim Əjdər də olmayaq”.

Şəhid Əhmədi Rövşənin anası

“Şəhidlərin xatirəsini yaşatmaq şəhadətdən kiçik məsələ deyil. Siz əzizlər bu önəmli işi görürsünüz. Ağanızın zühurundan ötrü çoxlu-çoxlu dua edin!”

Şəhid Mustafa Əhmədi Rövşənin həyat yoldaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button