Qəzzə! Nə bilirsən nədir Qəzzə?
Haqq və batil qarşıdurmasının heyrətamiz meydanı, şeytan və fironun müqəddəs torpaqlara uzanmış istila zəncirlərini qırmaq, bütün zər və zor mərkəzlərinin, qəzəb və ehtiras ağalarının, bütün şeytan dostlarının qoruduğu və təbliğ etdiyi yetmişillik sehri batil etmək üçün ayağa qalxmış əzmkar millətin müqavimət zirvəsidir Qəzzə! Qəzzə – bəşər ixtiyarının iki yönünün aydın nümayiş səhnəsidir; bir tərəfdə iman, müqavimət və qəhrəmanlıq, digər tərəfdə ehtiras, cinayət və dəlilik! Qəzzə – tarix boyda bir sərgidir, orada mərsiyədən qəhrəmanlıq yaradan insanın əzəmətini görmək olar. Bu insan bir saniyənin içində hər şeyini itirə bilər, iman, şərəf,
ləyaqət və insaniyyətini isə əsla! Bu insan göstərir ki, yüz tonlarla uçqun altında qalıb əzilmək, amma zülm
qarşısında baş əyməmək mümkündür. Müqavimətlə ultra-yüksək texnologiyaya dayanan silahları ələ salmaq, iman sayəsində düşmənin dişinə qədər silahlanmış və daim yenilənən ordusu qarşısında möhkəm
dayanıb “Zillət bizdən uzaqdır” demək, hegemon cəbhəyə onminlərlə günahsız qadın və uşağın həyatına bir qran dəyər vermədiyini, odekolonlu və sivil bir centlmen kimi görünüb, əslində isə heyvandan da yırtıcı və üfunətli olmağın mümkünlüyünü göstərmək olar. Ən ağır bomba ehtiyatlarını dünyanın ən sıx yaşayış məntəqələrindən birində bitirmək, faciələr törətmək, bir uşağın zəifləməsini, dərisinin sümüyünə yapışmasını, skeletə dönməsini və ölməsini soyuqqanlılıqla izləyib, sonra da: “Ah! Vəziyyət yaxşı deyil!” – deməniz mümkündür