MƏN SAĞAM

Düşünürdüm ki, yazmaq üçün kağız və qələmim olması kifayətdir.
Amma bu iki vasitəni tədarük gördükdə sanki yazmaq gücümü itirdim.
Məhz bu zaman anladım ki, sözlər hissin məğzində canlanır, cuşa gəlir, bir-birinin üstündən sürüşüb sıraya düzülür. Bir neçə il idi ki, sözlərin ağırlığını çiyinlərimdə daşıyırdım. Hər keçən gün daha da yorulur və bükülürdüm. Bir gün bu ağır yüklə Vüsal prospektinin səkisində addımlayırdım ki, şəhidlərin, qazilərin və əsirlərin bilik xəzinəsi olan cənab Mürtəza Sərhəngi ilə rastlaşdım. Əhvalımı soruşdu. “Nə qədər gedirəm, nə qədər keçir, bu yük yüngülləşmir”, – deyə cavab verdim. -Çiyinlərindəki yük yalnız sənə aid deyil. Onları yavaş və aramla yerə qoymalı, ağırlığını başqaları ilə bölüşməlisən. O zaman bu xatirələr fəxri medal tək ölkəmizin bütün qadınlarının boynunda bərq vuracaq, – dedi. Yola çıxdım. Amma hər dəfə nəfəsim təngiyəndə deyirdi: “Yol qısalıb və asanlaşıb. Məqsədə bax. Arzular gözəl deyil. Gözəl olan onlara çatacaq məsafədir”. Cənab Sərhəngi! Siz yolu mənim üçün qısaltdınız, asanlaşdırdınız və gözəlləşdirdiniz. Bu kitabın ərsəyə gəlməsini sizin yönləndirmələrinizə borcluyam. Hər zaman sizə minnətdar olacağam. Artıq yüngülləşmişəm və pərvazlana bilərəm!
Vaxtilə əsirlikdə olmuş bacılarım Fatimə Nahidiyə, Həlimə Azmudəyə və Şəmsi Bəhramiyə, həmçinin əsirlik həyatı yaşamış qardaşlarım Doktor Hadi Əzimiyə, Mühəndis Məhəmmədəli Zərdbaniyə, Hüseyn Kərəmiyə, General-mayor Seyid Camal Əvşala, General-mayor Siddiq Qadiriyə, cənab Xubnijada, General Mehran
Təhmasibiyə, Həbib Əhmədzadəyə, “Peyami-azadeqan” müəssisəsinə və başqalarına mənə bu işdə yardım etdikləri üçün təşəkkürümü bildirirəm. Həmçinin, dəyərli dostlarım Sudabə Hüseynpur, Solmaz Rzayi, Azadə Mirşəkkaki, Fatimə Kərimi, Sara Karxane Məhmudi, Seyyidə İftixar Musəvizadə xanımlarının bu kitabın formalaşmasının bütün mərhələlərində yanımda olmalarını təqdir edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button