“Merinin Nağıllar dünyası” adlı kitabı Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist-şairə Mətanət Ulu Şirvanlının oxucularla səkkizinci görüşüdür.
Əsasən lirik-romantik şeirlər müəllifi olan şairənin qələmə aldığı bu kitab uşaqlar üçün yazılmış əxlaqi-didaktik nağıllardan ibarətdir. Kitabda balacalar üçün maraqlı olacaq sehrli nağıllar üstünlük təşkil edir və balaca oxucuların diqqətini cəlb edir. Uşaqların maraq dünyası müəllif tərəfindən nəzərə alınmış, odur ki, nağıllar kitabı şeir parçaları ilə birlikdə hazırlanmışdır. İnanırıq ki, “Merinin Nağıllar dünyası” adlı kitab balaca oxucular tərəfindən maraqla
qarşılanacaq və seviləcəkdir.
