Aristotelin həyatı və fəaliyyətinin bir sıra əsas məqamları onun
Azərbaycan türkcəsində nəşr etdirdiyimiz «Politika» (1997) əsərinə
yazdığımız şərhdə ətraflı təsvir edilmişdir. Odur ki, bu yazımızda onu
təkrarlamağa lüzum görmürük. Bu yazıda Aristotelin «Antik dövriin
Hegelinin» (Engels) «Metafızika»sının mahiyyəti və əsas miiddəalarından söz açırıq. Bu yazının adından da göriindüyii kimi burada məqsədimiz böyük mütəfəkkirin ontologiya və idrak nəzəriyyəsinə dair baxışlarım və bu baxışların formalaşması gedişini izləməkdir. Öncə «metafizika» termininin genezisinə bir nəzər salaq. Antik fəlsəfənin göıkəmli tədqiqatçısı Asmus aydınlaşdırmışdır ki, «metafizika» termini təsadiifən yaranmışdır. M iladdan öncə birinci yüzildə yunan alimi Rodoslu Andronik Aristotelin əlyazmalarını qaydaya salıb yenidən köçürmək qəranna gəlir. O Aristotelin fizikaya dair (ta physika) əsərlərinin nəşrinə onun varlıq və idrak nəzəıiyyəsinə -ontologiya və qeseologiyaya aid traktatlarını da daxil etmiş və onları
«Fizikadan sonra [gələn]» (ta meta ta physika) adı altmda birləşdirmişdir. O zamandan «metafizika» termini xüsusi fəlsəfı anlam daşımağa başlamışdır: bütiin fəlsəfi təlimlər «metafizika» adı altında
şeylərin varlığmın başlanğıclarını (prinsipləri) və onların dərk edilməsinin başlanğıclarmı, başqa sözlə ontologiya və qneseologiyamn başlıca məsələlərini nəzərdə tutmuş və göstərmişlər. Bununla birlikdə,
«metafizika» anlayısı yaxud termini həm də fəlsəfi tədqiqatın metodunun xiisusiyyətlərini ifadə edən anlayış kimi istifadə olunmağa başlanmışdır. «Metafizik» diişiincə ilə hissi seyrə əsaslanan idrakı
deyil, ağıla, intellektual seyrə əsaslanan idrakı səciyyləndiıməyə başladılar. İntellektual seyr o deməkdir ki, ağıl yaxud intellekt şeydə onun mahiyyətini təşkil edəni «görür». Ona görə də deyirlər ki, ağılm
gözü ilə görən mühüm olanı görür. «Metafizik» idrak – şeylərin mahiyyətinin dəıkidir, mahiyyəti görmək, mahiyyəti seyr etməkdir, əqli seyrdir. Biz də bu yazımızda «metafizika» terminini bu anlamda
işlədirik.
