MEYDANDA RƏQS

“Bilin ki, şəhid olmağın şərti “şəhid” olmaqdır. İnsan şəhid ola bilsə, şəhadətə də qovuşar. Siz birindən şəhid ətri duymasanız, o adam öldürülsə də, şəhid deyil!” Bu cümlələr Şəhid Hacı Qasim Süleymaninin səmərəli ömrünün, bəlkə də, açar sözləridir. Bəlkə də, bir kənd uşağını dünyada müqavimət və dirəniş bayraqdarı və dünya məzlumlarının qürur mənbəyi olan misilsiz şəxsiyyətə çevirən amil məhz bu cümlələri başa düşməsi idi. O, dünya həyatında şəhid kimi yaşamalı olduğunu dərk edərək elə bir məqama ucaldı ki, ən böyük şəxsiyyətlər onu görməyi, onunla həmsöhbət olmağı şərəf bilirdilər. O, nəinki şəhid idi, hətta qırx ildən artıq sürən cihad həyatının hər nəfəsində inqilab, müharibə və müqavimət cəbhəsi şəhidləri ilə yoldaş və sirdaş da olmuşdur. Bir şəhidin başqa bir şəhid barədə sözlərini dinləmək şəhadət yolunu tapmaq üçün ən yaxşı üsuldur. Əgər şəhid olmaq, canını ən yaxşı şəkildə ilahi yolda xərcləmək istəyirsənsə, bir şəhidin Allahın fəxr etdiyi şəhidlər haqda sözlərini dinlə; özü də İslam dünyasının fəxri olan şəhidin sözlərini. Şəhid Süleymaninin həyatını araşdırsanız, görərsiniz ki, onun macəra dolu həyatı şəhidlərin xatirəsi və şəhidlərlə yoldaşlıqla doludur. Həyatının heç bir dönəmi bu xatirə və yoldaşlıqdan ayrı olmamışdır. Bu baxımdan, Şəhid Süleymaninin şəhidlər barədə xatirələrini oxumaq böyük
əhəmiyyətə malikdir. Qarşınızdakı kitab həm də Şəhid Süleymaninin müxtəlif dönəmlərdə önəmli rol oynadığı mühüm hadisələrin hekayəçisidir. Kitabdakı xatirələr 2020-ci ildən bəri müxtəlif mənbələrdən toplanmış, sonra tarixi ardıcıllıqla tərtib edilmiş və mənbələri qeyd olunmuşdur. Kitabın ərsəyə gəlməsində əməkdaşlıq etmiş əzizlərin hər birinə səmimi təşəkkürümüzü bildirir, ümid edirik ki, əziyyətləri Şəhid Süleymaninin böyük ruhu və siz əziz oxucular tərəfindən yüksək qiymətləndiriləcəkdir.

Uğur Allahdandır!
“Ön xətt” nəşriyyatı, aprel 2023

Bəyənilmə

User Rating: 4.5 ( 1 votes)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button