Dəryadan bir damla
Birinci xütbəni əziz Peyğəmbərin Mədinədə onillik İslam hakimiyyəti dövründəki həyatının qısa izahına ayırmaq istəyirəm. Bu, bəşəriyyət tarixində ən parlaq hökumət dövrlərindən biri və hətta deyə bilərik ki, birincisidir. Bəşər tarixinin qısa, səmərəli və qeyri-adi təsirə malik bu dövrünü öyrənmək lazımdır. Əlbəttə, qardaş və bacılara, xüsusən də gənclərə tövsiyə edirəm ki, tarixi oxuyub Peyğəmbərin bütün həyatını öyrənsinlər. Mədinə dövrü Peyğəmbərin iyirmi üç illik peyğəmbərlik çağının ikinci dönəmidir. Məkkədə keçən on üç il birinci dönəm və ikinciyə hazırlıq idi. Təxminən on il də Peyğəmbərin Mədinə dövrü sürdü. Bu, İslam quruluşunun əsasını qoymaq, bütün zaman və məkanlar üçün İslam hakimiyyəti modeli təqdim etmək dövrüdür. Sözsüz ki, bu, ideal
örnəkdir və heç bir dövrdə onun kimisi olmayıb. Bu örnəyə baxıb meyarları öyrənmək olaq. Bu meyarlar quruluş və insanlar haqda mühakimə yürütmək üçün vacib şərtlərdir.