MÖMİNLƏRİN ƏMİRİ ƏLİ İBN ƏBU-TALİBİN (Ə) QƏZAVƏTLƏRİ

Həmd-səna yalnız o Allaha məxsusdur ki, ədalət və düzlük əsasında
mühakimə edir, “o kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş
edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir”.
Allahın salam və salavatı əziz Peyğəmbərimiz həzrəti Muhəmməd
ibni Əbdüllah (s.ə.v.v)-in pak ruhuna olsun ki, onu Özünün haqq
fərmanlarını və ədalətli qanunlarını icra etmək üçün seçmişdir. Allahın
salam və salavatı onun pak və ismətli Əhli-beytinə olsun ki, onlar ədaləti
bərqərar edənlər, yalnız Allahın hökm və qanunları əsasında hökm
edənlərdir. Xususilə salam olsun həzrət Peyğəmbər (s.ə.v.v)-in əmisi
oğlu Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-a ki, buyurur: “Əgər qəzavət kürsüsündə əyləşsəm, Tövrat ardıcıllarına Tövrat əsasında, İncil ardıcıllarına İncil əsasında və Quran ardıcıllarına Quran əsasında elə hökm edərəm ki, hər biri nitqə gəlib “Əli eynilə bizdə olanların özü ilə mühakimə etmişdir!”-deyərlər.”
 Düşmən də dost kimi etiraf etmişdir ki, Əli (ə)-ın mühakiməsi ümmətin hamısının mühakiməsindən daha səhih olmuşdur. İkinci xəlifə (Ömər) üçün çox çətin hadisələr qarşıya çıxanda dəfələrlə deyirdi: “Əgər Əli olmasaydı Ömər həlak olardı” və “Əlidən başqa heç bir kəs onun (Ömərin) qəm-qüssəsini aradan qaldırmayıbdır.” Mərhum Şeyx Kuleyni “Kafi” kitabında, mərhum Səduq “Fəqih” kitabında, mərhum Müfid “İrşad” kitabında, mərhum Tusi “Təhzib” kitabında, mərhum Seyyid Rəzi “Xəsaisul-əimmə” kitabında və mərhum Sərvi “Mənaqib” kitabında o Həzrətin müxtəlif hadisələrlə əlaqədar yürütdüyü qəzavətlərdən bir qismini nəql etmişlər. Qədim alimlərdən bəziləri də bu barədə ayrıca bir kitab yazmışlar. İbrahim ibni Haşim Quminin kitabından başqa bu barədə yazılan ədəbiyyatlar bizim əlimizə çatmamışdır. Lakin Şeyx Tusinin və Nəcaşinin “Fehrest” kitablarında, eləcə də İsmayıl ibni Xalid, Əbdüllah ibni Əhməd, Məhəmməd ibni Qeys Bəcli, Übeydullah ibni Əbu Rafenin kitablarında və s.-də bu mövzu barədə məlumatlar mövcuddur. Lakin  son zamandakı alimlərdən heç bir şəxsin bu barədə ayrıca bir kitab yazmasını görməmişəm, onlar öz kitablarında mərhum Məclisinin “Biharul-ənvar”, Şeyx Hürr Amilinin “Vəsailuş-şiə” kitabından yalnız bir bölməni qeyd etməklə kifayətlənmişlər. Məsələ mühüm olduğuna görə sələf alimlərin səpgisinə tabe olaraq bu mövzuda ayrıca bir kitab yazmağı qərara aldım. Sərvinin nəql etdiyinə görə sünnü alimləri də bu xüsusda çoxlu kitablar yazmışlar. Onlardan Müvəffəq Məkkini qeyd etmək olar. Şeyx Müfid “İrşad” kitabında, Sərvi “Mənaqib” kitabında o Həzrətin qəzavətlərini zaman baxımından aşağıdakı ardıcıllıqla tənzim etmişlər: 1-O Həzrətin Peyğəmbər (s.ə.v.v)-in sağlığındakı qəzavətləri; 2-Üç xəlifədən hər
birinin dövründəki qəzavətləri; 3-O Həzrətin öz xilafəti dövründəki qəzavətləri. Lakin mən onu başqa bir tərtibdə tənzim etmişəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button