MÜƏLLİM BƏY

2 May (İranda) Müəllim günüdür. Uşaqlar hər il həmin gündə müəllimlərini təbrik edirlər, hədiyyə apara bilənlər onlarla şəkil çəkdirirlər. Heç indiyədək özünüzdən soruşmusunuz ki, niyə bu günü Müəllim günü adlandırıblar? Bəli, düz tapdınız, həmin gündə xüsusi bir hadisə baş vermişdir. May ayının 2-də münafiqlər Ustad Mürtəza Mütəhhərini şəhadətə yetiriblər; ömür boyu insanların cəhalətini aradan qaldırmağa çalışan, bu yolda bir an da rahat durmayan insanı. İranın böyük müəllimi 1920-ci ilin fevralında Fəriman şəhərində dünyaya göz açmışdı. Uşaqlıqdan kitaba böyük marağı vardı. O, 12 yaşında Məşhəd Elm Hövzəsinə daxil oldu, altı ildən sonra isə Qum şəhərinə gedib İmam Xomeyni və Əllamə Təbatəbai kimi böyük müəllimlərin dərslərində iştirak etdi. O, Qumda on beş il təhsil alandan sonra 1952-ci ildə bildiklərini tələbələrə öyrətmək üçün Tehrana yollandı. Ustad Mütəhhəri Tehranda həm müəllimlik edir, həm kitab yazır, həm də şah rejiminə qarşı mübarizə aparırdı. Şah əleyhinə fəaliyyətlərinə görə ona moizə etmək qadağan olundu, universitetdə tədrisinə maneə törədildi, hətta onu həbs etdilər. Ustad Mütəhhəri bir ömür fəaliyyət göstərəndən sonra altmış yaşında münafiqlər tərəfindən şəhadətə yetirildi.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button