MÜNACATIN ƏZƏMƏTİ

Bismillahir-rəhmanir-rəhim
Əxlaq alimləri xəstə axtarışında olan həkimlərə bənzəyirlər. Onlar xəstələri müalicə edərkən canlarını belə əsirgəmirlər. Mənəvi xəstələrin qəflətdə olması onları narahat edir. Xəstələri müalicə etmək üçün bütün vasitələrə əl atırlar. Bəzən xoşagələn söhbətlərlə, bəzən odlu yazılarla, bəzən dərs və müzakirələrlə, bəzən qarşılıqlı söhbətlər və hər bir mümkün vasitə ilə!
Böyük əxlaq alimlərindən biri də dəyərli filosof, İslam dünyasının nadir şəxsiyyətlərindən olan həzrət Ayətullah Misbah Yəzdidir. O, bütün qüvvəsi ilə çalışmış və bu mühüm işin öhdəsindən yetərincə gəlmişdir. Bu dəyərli və nurlu elmi simanın ürəklə dediyi əxlaq dərsləri qəlblərə yatır. Bu dərslərin təsirləri hamıya məlumdur. Haqq mənzilinə, dua və minacata bağlanmış bu arif şəxs məsumların hədislərini, dua və minacatlarını araşdırmışdır. O bu yolla öz dinləyicilərinin nəfs və əxlaqlarının islahına çalışmış, hamını öz feyzindən bəhrələndirmişdir. Burada da həzrət ustad Misbah Yəzdi ən gözəl və təsirli üsulla “Şəbaniyyə” minacatını şərh edərək onun əxlaq və mərifət dolu mövzularını açıqlamışdır. Allah-təaladan bu böyük ustad üçün artıq tövfiq diləyirik. İnqilabın böyük rəhbəri həzrət Ayətullah Xameneiyə uzun ömür və sağlamlıq arzulayırıq.

Seyyid Məhəmməd Riza Ğiyasi Kermani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button