Birinci bölmə: Bəsicin tarixi
Bəsic yarandığı və bu adı götürdüyü ilk gündən ayıq bir hərəkət-dən ibarət idi. O 1970-ci ildə başlayan məcburi müharibə dövründə meydana çıxdı. Bu məmləkətdə gənc az deyildi. Gənclərin çoxu müharibənin başlanmasına ümumiyyətlə, etina etmədilər, yemək və yatmaqlarına davam etdilər. Onlara cəbhə-dən danışılanda bəzən rişxənd də edirdilər. Yayda Xuzistan isti olur. Şimal-Qərb bölgəsi də qışda çox soyuq olur. Rahat kondisio-nerdən, soyuducudakı sərin sudan, ata-ana ağuşundan, yerdə qalmış məhsul tarlasından ayrılıb, zavod, yaxud idarədəki yaxşı işini buraxıb isti Xuzistana və soyuq Şimal-Qərbə getmək hamıya xoş deyildi. Çoxları bunu etmədilər, oturub tamaşa etdilər, şəhərləri bombalayanda pal-paltarlarını yığıb ucqar bir bölgəyə getdilər. Bəziləri belə rəftar etdilər. Onlar da iranlı və əksərən müsəlman idilər, amma elə iradələri yox idi. Belə bir vəziy-yətdə başqaları da tapıldılar: müxtəlif yerlərdən, müxtəlif təbəqələrdən, müxtəlif yaşlarda olan kişi və qadınlar rahatlığı, yayın sərinliyini, qışın isti sobasını buraxdılar, ata-ana ağuşunu, yerdə qalmış məhsulu tərk etdilər, zavod və idarə işini, universitet və məktəb dərsini buraxdılar və cəbhəyə yollandılar. Nə üçün? Çünki düşmənin sərhədləri pozub İslam vətəninə daxil olduğunu bildilər. Əgər gənc fədakarcasına düşmə-nin üstünə getməsə, düşmən onun şəhərində və evində onun üstünə gələr. Bunlar İslam cihadı vəzifəsinin dərk etdilər, anladılar, iradə göstərdilər və getdilər. Bunlar Bəsic uzvləri, Allah-Taalanın Quranda buyur-duğu şəxslər idilər: “Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir“. Mücahidlər onlardır, oturanlar isə evdə əyləşənlər.
