RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Allah Rəsulu (sallallahu əleyhi və alih) Cabir ibn Abdullah Ənsari ondan “Qaimin qeybi dövründə şiələr ondan faydalana biləcək-mi?” – deyə soruşduqda, belə cavab verdi: “Bəli, məni peyğəmbər olaraq göndərən kəsə and olsun ki, onlar mütləq ondan fayda-lanacaq və qeybi dövründə vilayətinin nuru ilə işıqla-nacaqlar. Necə ki, buludlar günəşi örtsə belə, insanlar ondan fayda əldə edərlər”. İmam Əli ibn Hüseyn (əleyhissəlam) buyur-muşdur: “Kim Qaimimizin qeyb dövründə vilayətimiz üzərində sabitqədəm olsa, Allah ona Bədr şəhidləri kimi min şəhidin mükafatını əta edər”.
İTHAF OLUNUR
Ey Allahın yer üzərində (gizli şəkildə) saxladığı və bəndələrindən olan höccəti… Şübhəsiz ki, mən sənə qarşı eşq və şövqən yanıb alışıram… Səndən uzaq düşmək və ayrı olmaq səbəbilə qüssə çəkirəm… Ey ağam, sənə tərəf nail oluna biləcək bir yol varmı? Saf (və şücaətli) simanı və mədh olunan (və vüqarlı) zülfünü nə vaxt görəcəyəm? Ey Mövlam, bu səhifələri sənə hədiyyə edirəm. Xəta etmiş olsam belə, qəbul olsa, nə gözəl olardı… Nə mal-dövlətin, nə də övlad-uşağın fayda verməcəyi bir gündə faydaverici olardı.. Həm-çinin sənin xeyir-dua verməyin şamil olunan kəslərlə birlikdə bizi də qərar verərdi…