Giriş
Ali dini rəhbər həzrət Ayətullah Xameneinin “Nəhc əl-bəlağə”yə diqqəti onun bu dəyərli kitabla dərin tanışlığını göstərir. Qarşınızdakı kitabda onun çıxışlarından, bəyanatlarından, moizə və tövsiyələrindən götürülmüş fikirləri dərin tədqiqatından xəbər verir. Kitab tədqiqatçıların, tələbələrin və digər bu kitabla maraqlananların yolunu işıqlandıra bilər. “Nəhc əl-bəlağə” ilə tanışlıq, “Nəhc əl-bəlağə”nin tarixçəsi, “Nəhc əl-bəlağə”nin İslam cəmiyyətində rolu, İslam dünyası və “Nəhc əl-bəlağə”, Təhsil Nazirliyinin “Nəhc əl-bəlağə”nin tanıtdırılmasında rolu və s. bu topluda sizə təqdim olunan mövzulardır. Çalışmışıq ki, mövzüları ardıcıllığı, ahəngdarlığı pozulmayacaq şəkildə seçək. Amma ola bilər ki, bu kitabda bir tədqiqat əsərinin nizamı olmasın. Bu səbəbdən ehtiyac
duyulduqda çıxışların tam mətninə müraciət etmənizi təklif edirik. Habelə, təkrara yol verməməyə çalışsaq da bəzi hallarda təkid üçün təkrar etməli olmuşuq. Ümid edirik ki, pedaqoqlar, təbliğatçılar, İslam maarifi
fəalları dünya müsəlmanlarının rəhbəri həzrət Ayətullah Xameneinin tövsiyələrindən ilham alaraq “Nəhc əl-bəlağə”nin İslam cəmiyyətində günü-gündən daha da dirçəlişi yönündə son dərəcə səy göstərəcəklər
