
Əlinizdəki kitabın əsl adı “Nəsihətlər”dir. Əsər bir neçə il bundan qabaq bu adla hazırlanıb çap olunmuşdur. Sonra ona bəzi əlavələr olunaraq müəyyən mətləblər çıxarıldıqdan sonra “On dörd məsumun (ə) buyurduqları” adı altında nəşrə buraxılıb. Daha sonra isə bəzi səhvlər üzündən “Min bir hikmətli söz” adı ilə yenidən çap olunmuşdur. İndi isə hər üç kitab bir çox faydalı əlavələrlə birlikdə əziz oxuculara və Əhli-beyt (ə) elminin və İslam maarifinin aşiqlərinə təqdim olunur.
