Evə çox gec qayıdırdı. Adətən, qonaq getməyi sevmirdi. Amma bu dəfə onu telefonla uzun illər dostluq etdiyi köhnə tanışı çağırmışdı. Dəvəti rədd etmək mümkün deyildi, bir də ki, niyə rədd etməliydi? Bəzən belə görüşlər onun
sürprizlərlə dolu həyatına bir növ stabilliyə oxşar bir rəng qatır.
… Moskvanın qaranlıq küçələrində gəzintilər təhlükəsiz deyildi. O da qaranlıq dalanların yanından tez ötməyə çalışaraq, evinə tələsirdi. Tələskənliyi küçə xuliqanları ilə üzləşməkdən qorxduğu üçün deyildi. Ucaboylu və enlikürək
olması dələduzları ürküdürdü. Lakin belə bir görüşün mümkünlüyü ona xoş deyildi. Bu səbəbdən də belə hallardan qorunmağa çalışırdı. Burada hətta küçə
dələduzları belə cüzi qarşıdurma hallarında tərəddüd etmədən üstlərində gəzdirdikləri odlu silahdan sərbəst istifadə etməyə meyilliydilər. O, üstündə silah gəzdirməməyə çalışırdı. Uzun illik təhqiqat
təcrübəsi silahın insana nəinki sahibini mühafizə etmədiyini, əksinə, çox zaman onu düşünülməmiş
addımlara vadar etdiyini öyrətmişdi. Məhz buna görə idi ki, o, silahsaxlama və üstündə silah gəzdirmə üçün rəsmi icazəsi olmağına baxmayaraq, imkan daxilində silahdan gen gəzməyə çalışırdı.
